Xəbərlər

Apreldə Bakıda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın yubileyinə həsr edilmiş konfrans keçiriləcək


Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun təşkilati dəstəyi ilə apreldə Bakıda görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 85-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda Rusiya, Gürcüstan və Türkiyə alimlərinin iştirakı gözlənilir.

“Azərbaycan tibb jurnalı”nın konfrans münasibətilə çapdan çıxacaq xüsusi nömrəsində ETİ-nin yaradılması tarixindən, onun əməkdaşlarının hərtərəfli elmi fəaliyyətindən, müxtəlif göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində əldə edilmiş nailiyyətlərdən söhbət açılacaqdır.

BAKI. 29.01.2008. AzərTAc.