Xəbərlər

Xətai rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir


Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 9 nömrəli poliklinikada görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin şöbə müdiri Kamran İsmayılov, Yeni Azərbaycan Partiyası rayon təşkilatı qadınlar şurasının sədri Aida Hüseynzadə xalqımızın vətənpərvər övladı Zərifə xanım Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən danışmışlar.

Digər çıxış edənlər də bildirmişlər ki, Zərifə xanım Əliyeva həkim kimi peşəkarlığı ilə yanaşı, xeyirxah əməllər sahibi kimi də yaddaşlarda həkk olunmuşdur.

Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film filim nümayiş etdirilmişdir.

BAKI. 05.04.2013. AzərTAc.