Xəbərlər

Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş suvenir poçt bloku dövriyyəyə buraxılmışdır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş suvenir poçt bloku dövriyyəyə buraxılmışdır.

Marka üzərində məşhur alimin fotoşəkili, blokda isə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi əks olunmuşdur.

Poçt blokunun tirajı 7 min, nominal dəyəri 1 manat təşkil edir.

Bakı.02.05.2013. AzərTAc.